AZ

İlin sonunda yeni iqtisadi qərarlar GÖZLƏNİLİR

Yazını böyüt
Yazını kiçilt

"Bu il iqtisadi baxımdan sabitlik və tənzimləmə mərhələsində keçir. Büdcə siyasətində ehtiyatlılıq, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektoruna yönəlik təşviqlər əsas xətti təşkil edir".

Hafta.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələri davam edir:

"İlin sonuna doğru yeni iqtisadi qərar və təşəbbüslərin elan ediləcəyi ehtimal edilir".

İqtisadçı qeyd edib ki, Rəqabət Məcəlləsi 1 iyul 2024-cü ildə qüvvəyə minib və Orta Dəhliz, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəqliyyat və tranzit layihələri genişləndirilib:

"Qarabağ və Şərqi Zəngəzurda bərpa və iqtisadi canlanma proqramları dərinləşdirilib. Yaşıl enerji və alternativ enerji üzrə yeni beynəlxalq müqavilələr imzalanıb. Qeyri-neft sektorunda investisiya artımı müşahidə olunub. Turizm və xidmət sektorunda rekord göstəricilər qeydə alınıb. Xarici ticarət dövriyyəsi genişlənib".

Seçilən
5
4
hafta.az

5Mənbələr