“Qarabağ”ın futbolçusu Joni Montiel nişanlanıb.
News24.az xəbər verir ki, bu barədə Joni Montiel sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçunun nişanlısı Karlota Brunei Montiellə paylaşdığı fotoya “Bəli, səninlə əbədi başlanğıca” - şərhini yazıb.
Qeyd edək ki, “Qarabağ” ispaniyalı futbolçunu bu ilin avqust ayında heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. Joni Montiel “Qarabağ”da 9 nömrəli forma geyinəcək.
Xeyrənsə Piriyeva
