AZ

Ukraynada müharibəyə səbəb olan cəhd digər keçmiş sovet ölkələrində təkrarlanır - Bortnikov

BAKI, 16 oktyabr. TELEQRAF

“Avropa qeyri-hökumət təşkilatları (QHT) ABŞ QHT-lərinin yerinə MDB məkanında daha aktiv işləməyə başlayıblar”.

Teleqraf xəbər verir ki, bunu Səmərqənddə keçirilən MDB Təhlükəsizlik və Xüsusi Xidmətlər Rəhbərlərinin Şurasının iclasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

O qeyd edib ki, ABŞ Dövlət Departamentində ixtisaslaşmış istiqamətin yenidən təşkilindən sonra Britaniya, Fransa, Almaniya, Polşa və digər Avropa QHT-lərinin fəaliyyəti artıb və bu təşkilatlar əvvəllər Amerikadan qrant alanları özlərinə cəlb edirlər.

Həmçinin Aleksandr Bortnikov iddia edib ki, NATO-nun şərqə doğru genişlənməsi dondurulmayıb və MDB məkanında müxtəlif adlar altında davam edir:

“Nəticəsi Ukrayna böhranı (Rusiya-Ukrayna müharibəsi - red.) olan NATO-nun genişlənmə planı dondurulmayıb. Bu, ordu və hərbi infrastrukturun modernləşdirilməsi, kəşfiyyat orqanları və hüquq-mühafizə orqanlarının təchiz edilməsi, mütəxəssislərin hazırlanması üçün müxtəlif yardım layihələri adı altında digər postsovet dövlətləri ilə davam edir”.

Seçilən
5
teleqraf.com

1Mənbələr