AZ

Xırdalanda 10 manat borc pula görə 19 yaşlı gənci öldürdülər...


Xırdalan şəhərinin ərazisindəki parkda qətl hadisəsi törədilib. 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Bədirov bıçaqla qətlə yetirilib. Məlum olub ki, E. Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib. Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb. İddia olunur ki, mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Mətləb

Seçilən
10
8
baki-xeber.com

9Mənbələr