AZ

Kaşqarda Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan marşrutu AÇILDI

Kaşqarda Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan multimodal yükdaşıma marşrutunun açılış mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, Çinin Kaşqar şəhərində Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan istiqaməti üzrə yeni multimodal yükdaşıma marşrutunun açılış mərasimi baş tutub.

Yeni marşrutun məqsədi “Mərkəzi Asiya–Çin” və “Çin–Avropa” nəqliyyat xətlərini şaxələndirmək, eləcə də Orta Dəhlizin tranzit potensialını gücləndirməkdir.

Marşrut üzrə Kaşqardan yola çıxan 7 nəqliyyat vasitəsinin 21 oktyabrda Özbəkistana, 24 oktyabrda isə Türkmənistana çatacağı planlaşdırılır.

Daşınan yüklərin bir hissəsinin Türkmənistandan Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Məlumata görə, yeni tranzit xətti marşrutda iştirak edən ölkələrin iqtisadi inkişafına, qarşılıqlı yükdaşımaların artmasına və “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə müsbət təsir göstərəcək.

Bu marşrut Avropa bazarlarına çıxışla yanaşı, Cənubi Asiya və Yaxın Şərq bazarlarına da yeni imkanlar yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
1
interpress.az

2Mənbələr