Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın İran ilə sərhədində gizlədilmiş külli miqdarda narkotik aşkarlanıb.
Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İranla dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.
A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2 min 520 ədəd narkotik tərkibli M40 “Metadon” həbləri aşkar edilərək götürülüb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.