AZ

ABŞ bir neçə növ xərçəngin yayılmasını dayandıra bilən peyvənd yaradıb

Amerikalı alimlər melanoma, mədəaltı vəzi xərçəngi və süd vəzi xərçənginin böyüməsini və yayılmasını tamamilə boğmağa qadir olan yeni nanohissəciklərə əsaslanan supervaksin hazırlayıblar ki, bu artıq siçanlar üzərində aparılan tədqiqatlarda sübuta yetirilib...

Poliqon bu barədə TRT Haber-ə istinadən xəbər verir.

"Biz bu nanohissəcikləri immun sistemini bir neçə yolla aktivləşdirmək üçün hazırladıq. Xərçənglə əlaqəli antigenlərlə birləşdikdə, biz şişin böyüməsini əhəmiyyətli dərəcədə boğa bilərik", deyə tədqiqatın müəllifi, professor Prabhani Atukorale izah edib.

Tədqiqat ABŞ-ın Amherst şəhərindəki Massaçusets Universitetinin Biotibbi Mühəndislik Departamentində aparılıb. Birinci mərhələdə peyvənd edilən siçanların 80%-i melanomadan tamamilə qorunub, adi peyvənd verilən siçanların heç biri 35 gündən çox sağ qalmayıb. Bundan əlavə, yeni peyvənd tətbiq edildikdən sonra ağciyər metastazı tamamilə dayandırılıb.

Tədqiqatın ikinci mərhələsində alimlər birbaşa şişdən götürülmüş ölü xərçəng hüceyrələrindən istifadə edərək daha real sınaq keçiriblər. Şişin rədd edilməsi mədəaltı vəzi xərçəngində 88%, döş xərçəngində 75% və melanomada 69% olub.

Alimlər hesab edirlər ki, insanlarda hələ sınaqdan keçirilməmiş peyvənd bir neçə növ xərçənglə mübarizə üçün universal platformaya çevrilə bilər. Peyvənd klinik sınaqlardan keçərsə, xərçəngin bütün bədənə yayılmasını tamamilə dayandıra biləcək ilk müalicə vasitələrindən birinə çevrilə bilər.

Araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.

Poliqon.info

Seçilən
130
6
poliqon.info

8Mənbələr