"Bu yaxınlarda Avropa İttifaqının səmasında baş verən dron insidentlərinin arxasında NATO agentləri dayanır".
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətin direktoru Aleksandr Bortnikov deyib.
"Mütəxəssislər NATO-nun kəşfiyyat xidmətlərinin Aİ ərazisi üzərində Rusiya pilotsuz təyyarələri ilə bağlı insidentlərdə iştirakına şübhə etmirlər", - o, ifadə edib.
Xatırladaq ki, sözügedən hadisələr müxtəlif Avropa hava limanları üzərindən dəfələrlə hava məkanını keçən naməlum dronlarla bağlıdır. Üstəlik, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının Səmərqənddə keçirilən 57-ci iclasında Bortnikov Moskva ilə Kiyev arasında danışıqların dəfələrlə pozulmasına görə Britaniya kəşfiyyat orqanlarını da günahlandırıb.
Bortnikovun sözlərinə görə, London sonradan Ukraynaya qoşun yeritmək üçün Qərb dövlətlərindən ibarət koalisiya yaratmağa çalışır.