AZ

"NATO MDB məkanında genişlənir" - Rusiya FTX

NATO ölkələrə silahlı qüvvələrini modernləşdirməyə, kəşfiyyat və hüquq-mühafizə orqanlarını silahlandırmaqda kömək etmək bəhanəsi ilə MDB məkanında genişlənir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının sədri Aleksandr Bortnikov bildirib. 

Bortnikov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 57-ci iclasında deyib ki, MDB ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təhdidlər mürəkkəbdir və məqsədyönlü şəkildə kənardan təşviq edilir: "Ukrayna böhranının birbaşa nəticəsi olan NATO-nun genişlənmə proqramı dondurulmayıb. O, ordunun və hərbi infrastrukturun modernləşdirilməsi, kəşfiyyat və hüquq-mühafizə orqanlarının texniki təchizatı, habelə mütəxəssislərin hazırlanması üçün müxtəlif yardım layihələri adı altında digər postsovet dövlətləri ilə davam edir". 

Ağarza Elçinoğlu 

Seçilən
73
50
unikal.az

10Mənbələr