AZ

Masallıda silah-sursat aşkarlandı – FOTO

Masallıda həbs olunmuş şəxs tərəfindən basdırılaraq gizlədilmiş silah-sursat aşkarlanıb.

Həbs olunmuş şəxs tərəfindən gizlədilmiş silahın aşkarlanması barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin birgə əməliyyat keçirib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

 

 

Seçilən
49
14
7news.az

10Mənbələr