AZ

Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə verib

Oxumeni.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə verib

Donald Tramp administrasiyası MKİ-yə ölkə prezidenti Nikolas Maduroya qarşı kampaniya çərçivəsində Venesuelada məxfi əməliyyatlar keçirməyə icazə verib. Bu barədə ABŞ rəsmilərinə istinadən “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuela hökumətinə qarşı “ya müstəqil, ya da daha geniş hərbi əməliyyatla birlikdə” əməliyyatlar keçirə biləcək. Trampın verdiyi səlahiyyət agentliyə “öldürücü” əməliyyatlar da daxil olmaqla əməliyyatlar aparmağa imkan verəcək.

“The New York Times” vurğulayır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda Venesuelada hər hansı əməliyyat planlaşdırıb- planlaşdırmadığı məlum deyil.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
oxumeni.az

2Mənbələr