AZ

Tramp Ukrayna üçün “Qələbə Fondu” yaratmağı

Ajans.az The Telegraph-a istinadən xəbər verir ki, bu fondun maliyyələşdirilməsi Çindən idxal olunan mallara tətbiq ediləcək yüksək tariflər hesabına təmin ediləcək. Məlumata görə, Tramp administrasiyası Avropadakı müttəfiqlərinə Çinin Rusiya neftini almasına görə ona qarşı sərt tariflər tətbiq etməyi təklif etməyə hazırlaşır. Maliyyə naziri Skott Bessentin sözlərinə görə, Tramp artıq bu təşəbbüslə çıxış edib və bu tariflər “Rusiya neft tarifi” və ya “Ukrayna qələbə tarifi” adlandırıla bilər. “Prezident Tramp... avropalı müttəfiqlərimizə çatdırmağı tapşırıb ki, biz Çinə qarşı belə tariflərin tətbiqini dəstəkləyəcəyik. Lakin avropalı tərəfdaşlarımız da bu təşəbbüsə qoşulmağa hazır olmalıdırlar,” – deyə Bessent oktyabrın 15-də Vaşinqtonda jurnalistlərə bildirib. Trampın təklif etdiyi strategiyaya əsasən, Çindən idxal olunan bəzi məhsullara 500%-ə qədər rüsum tətbiq edilə bilər. Elde olunacaq gəlirlərin Ukrayna Silahlı Qüvvələrinə silah və hərbi texnika alınmasına yönəldilməsi planlaşdırılır.

 

Seçilən
99
Ajans.az

1Mənbələr