AZ

Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi – VİDEO

Rusiya-Ukrayna müharibə zonasında həlak olan azərbaycanlı hərbçi dəfn edilib.

Bizim.Media xəbər verir ki, əslən Şirvan şəhərindən olan Ukrayna vətəndaşı 30 yaşlı Faiq Şofel (anasının soyadını götürüb) Odessadakı “Zabitlər evi”ndə keçirilən mərasimdən sonra torpağa tapşırılıb.

Yerli rituallarla keçirilən mərasimdə mərhumun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan icmasının üzvləri iştirak edib.

Qeyd edək ki, Faiq Şofel 3 gün əvvəl Dnipropetrovsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib. (Qafqazinfo.az)


Bizim.Media

Seçilən
71
50
bizim.media

10Mənbələr