AZ

Akademik Urxan Ələkbərovun hazırladığı təlim videosu Türkiyədə yayımlanır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun hazırladığı “İnkişaf nədir və necə ölçülür?” mövzusunda təlim videosu Türkiyə Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət qulluqçularının inkişafı üçün yaradılmış beynəlxalq “Uzaktan Eğitim Kapısı” platformasında yayımlanmağa başlayıb.

DİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə davamlı və inklüziv inkişafın əsas meyarları təhlil edilir, onların ölçülməsi və idarə edilməsi üçün tətbiq olunan müasir metodologiyalar izah olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
7
azertag.az

8Mənbələr