AZ

Paşinyan kilsə xadimlərini saxlanmasına aydınlıq gətirib

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, Nikol Paşinyan erməni ruhanilərinin saxlanmasını şərh edərkən ona qarşı irəli sürülən iddiaların heç bir əsası olmadığını açıqlayıb. “Əvvəla, ondan başlayaq ki, mən EAK-a hücum etmirəm. Qeyd etmək istəyirəm ki, kilsə sənədlərinin heç bir yerində katolikos vəzifəsini tutan şəxslə kilsənin eyni olduğu yazılmayıb. Heç bir yerdə yazılmayıb ki, yepiskopla kilsə eyni anlayışdır”, - Ermənistanın baş naziri keçirdiyi brifinqdə deyib.

Ermənistanda kilsə xadimi həbs olunub

Onun sözlərinə görə, erməni kilsəsinin tarixində bir neçə katolikosun taxtdan salınması və istefaya göndərilməsi halları olub. - Bundan sonra kilsə dağıldımı? Xeyr, dağılmadı”, - Paşinyan vurğulayıb. O, həmçinin Ermənistanda yepiskopların cinayət məsuliyyətinə cəlb və illərlə azadlıqdan məhrum edilməsi hallarının olduğunu da diqqətə çatdırıb. Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Saqmosavank monastırının abbatı Paren Arakelyan və AEK-ın Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan saxlanılıb. Yeri gəlmişkən, Nikol Paşiyan sözügedən brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən və onların nəticələrindən məmnun qaldığını açıqlayıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azvision.az

1Mənbələr