AZ

Xərçəng xəstəliyindən vəfat edən AZƏRBAYCANLI AKTYORLAR

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Əməkdar artist Rəşad Bəxtiyarovun onkoloji xəstəlikdən vəfat etdiyi açıqlandı. Dostlarının məlumatına görə Rəşada 6-7 aydır ki, ağciyər xərçəngi diaqnozu qoyulub. Müalicələrə baxmayaraq aktyorun həyatını xilas etmək mümkün olmadı və o vəfat etdi. Bəs görəsən ən ağır xəstəliklərdən biri olan xərçəng başqa hansı azərbaycanlı aktyorların həyatını əlindən alıb?

BAKU.WS xərçəng xəstəliyindən vəfat edən azərbaycanlı aktyorların adlarını təqdim edir:

Xalq artisti Amaliya Pənahova

Aktrisa gənc həmkarı Rəşad kimi ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib. O 8 noyabr 2018-ci ildə vəfat edib.

Xalq artisti Ramiz Novruz

Uzunmüddətli müalicələrə baxmayaraq Xalq artisti Ramiz Novruzunda həyatını xilas etmək mümkün olmadı. O 20 fevral 2023-cü ildə mədə xərçəngindən vəfat edib.

Xalq artisti Fuad Poladov

Fuad Poladov 5 may 2018-ci il tarixində 69 yaşında prostat xərçəngindən dünyasını dəyişib.

Əməkdar artist Tünzalə Əliyeva

Aktrisa xeyli müalicələr alsa da 22 yanvar 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Əməkdar artist Ələsgər Məmmədoğlu

Gülərüz və sevilən aktyor 21 dekabr 2015-ci ildə 69 yaşında qaraciyər xərçəngi səbəbindən dünyasını dəyişib.

Əməkdar artist Xanım Qafarova

Xanım Qafarova 49 yaşında süd vəzi xərçəngindən dünyasını dəyişib. O 11 iyul 2014-cü ildə vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
3
baku.ws

4Mənbələr