AZ

Yunanıstanda qalmaqallı "13 saatlıq iş günü" haqda qanun qəbul olunub

Bakı. Trend:

Yunanıstanda həmkarlar ittifaqlarının və müxalifətdən olanpartiyaların etirazlarına baxmayaraq, parlamentdə 13 saatlıq işgünü haqqında qanun səs çoxluğu ilə qəbul olunub.

Trend bu barədəYunanıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinin“Hamı üçün ədalətli əmək” adlı qanun layihəsi üzrə keçirilənsəsvermədə hakim “Yeni Demokratiya” partiyasından 156 və müstəqil 2deputat lehinə səs verib (ölkənin birpalatalı parlamentindəümumilikdə 300 deputat var-red).

Qanun layihəsinin əleyhinə 109 müxalifət partiyasının deputatısəs verib, “Radikal Solçu Qüvvələrin Koalisiyası – İrəliləyişAlyansı” partiyasının nümayəndələri isə bitərəf qalıb.

Qeyd edək ki, Yunanıstanda böyük rezonans doğurmuş qanunlayihəsinin müzakirəsi son aylarda həmkarlar ittifaqları və müxaliffəallıarın etiraz aksiyaları ilə müşayiət olunurdu. Etirazçılar buqanunu “orta əsrlərə aid əmək” kimi qələmə verir, həftədə 5 gün,gündə 7 saat iş rejimi və əməkhaqlarının artırılmasını tələbedirlər.

Məqalədə:
Seçilən
59
1
az.trend.az

2Mənbələr