İspaniyanın hüquq-mühafizə orqanları ispan rəssamı Pablo Pikassonun rəsminin daşınma zamanı yoxa çıxmasını araşdırır.
Busaat.az bildirir ki, Europa Press mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, Madriddə müxtəlif müəlliflərin 57 əsəri saxlanılır və İspaniyanın cənubundakı Qranada şəhərinin mədəniyyət mərkəzində keçiriləcək sərgidə nümayiş etdirilməli idi. Ciddi saxlama şərtlərinə baxmayaraq, Pablo Pikassonun tablosu daşınma zamanı yoxa çıxdı. Rəsmin hansı mərhələdə itirildiyi hələlik məlum deyil və İspaniya Milli Polisi hadisəni araşdırır.
İdeal qəzetinin yazdığına görə, sözügedən rəsm təxminən 600 min avroya sığortalanmış “Gitara ilə natürmort”dur (1921).
Yeganə