Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüş üçün yer Budapeşt seçilib.
Publika.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
"Deyə bilərəm ki, prezident Tramp Budapeştin adını ilk dəfə qeyd edib və bizim prezidentimiz dərhal bu Avropa paytaxtında mümkün sammitin keçirilməsi ideyasını dəstəkləyib", - Uşakov bildirib.
Xatırladaq ki, oOktyabrın 16-da ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.