ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail tərəfi HƏMAS-a girovların cəsədlərini axtarmaqda kömək etmək istəyən Türkiyənin xilasetmə missiyasının Qəzza zolağına daxil olmasına icazə verməyib.Bizim.Media xəbər verir ki, bu barədə “Kan-11” telekanalı məlumat yayıb.İsraildə hesab edirlər ki, HƏMAS ən azı on girovun qalıqlarının harada olduğunu bilir.
Bu yerlərin çoxuna asanlıqla daxil olmaq mümkündür və cəsədlərin çıxarılması üçün HƏMAS-a xüsusi texnika lazım deyil.
Məlumata görə, İsrail HƏMAS-ı Trampın planının ikinci mərhələsinin — təşkilatın silahsızlaşdırılmasının icrasının başlanmasını ləngitməkdə ittiham edir.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.