AZ

Uşağınızın baş ağrısı bəzən zərərsiz, bəzən isə təhlükəli ola bilər Bu əlamətlər varsa, vaxt itirməyin

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illərdə uşaqlarda ekran qarşısında çox vaxt keçirmə, yuxu rejiminin pozulması, məktəb stressi və qeyri-sağlam qidalanma səbəbindən baş ağrısı halları xeyli artıb. Uşaq Neyroloqu Prof. Dr. Nur Aydınlı bildirir ki, baş ağrısının sadə səbəbləri ola biləcəyi kimi, ciddi xəstəliklərə işarə edən təhlükəli səbəbləri də ola bilər.

İbtidai sinifdə oxuyan uşaqların yarısı, yuxarı yaş qrupunda olan uşaqların isə təxminən üçdə ikisi müxtəlif tezliklərlə baş ağrısı yaşayır.

Bəzən bu ağrı aclıq, susuzluq kimi sadə səbəblərlə əlaqəli olur, bəzən isə orqanizmə ciddi siqnal verir.

Prof. Dr. Aydınlı uşaqlarda baş ağrısına səbəb olan əsas faktorları sadalayır:

Yuxu və qidalanma pozğunluğu

Kifayət qədər yatmamaq

Gec yatıb, gec oyanmaq

Aclıq və susuz qalmaq 

Düzgün yuxu və qida rejimi ağrıları azalda bilər.

Psixoloji stres və gərginlik

Məktəb təzyiqi

Dostlarla münasibət problemləri

Ailə içi gərginlik

Miqren

Uşaqlarda tez-tez rast gəlinir

Zoquldadan, çox vaxt bir tərəfli ağrı

İşıq və səsə həssaslıq, ürəkbulanma müşahidə oluna bilər

Miqreni stress, aclıq, yuxusuzluq başladır.

Görmə problemləri

Uzun müddət telefon, planşet və kompüterə baxmaq göz yorğunluğu baş ağrısına səbəb ola bilər. Mütəmadi göz müayinəsi vacibdir.

Sinüzit və infeksiyalar

Burun tutulması, üzdə ağırlıq və təzyiq hissi ilə birlikdə baş ağrısı olur

Baş zədələri

Kəllədaxili təzyiq artması

Nadir hallarda şiş və ciddi nevroloji problemlər

Bu əlamətlər varsa dərhal həkimə müraciət edin

Ağrı ani başlayıb şiddətli şəkildə davam edirsə

Ağrıya qusma, görmə pozğunluğu, huş dəyişiklikləri qoşulursa

Uşağı yuxudan oyandıracaq qədər güclü ağrı varsa

 Səhərlər daha çox hiss olunan ağrı müşahidə olunursa

 Baş zədəsindən sonra baş ağrısı yaranıbsa

Ağrı ağrıkəsicilərə cavab vermirsə

 Həftədə 2 və daha çox təkrarlanırsa

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
131
2
news.milli.az

8Mənbələr