AZ

Avropada yüksək həyəcan: Dövlətlər hərəkətə keçdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Avropa Komissiyası 2030-cu ilə qədər Aİ-nin müdafiə qabiliyyətini artırmaq və üzv ölkələrin hərbi özünütəminini gücləndirmək məqsədilə “Müdafiə Hazırlığı Yol Xəritəsi 2030” adlı təşəbbüsü elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Kallas yol xəritəsinin əsas məqsədinin yaxın gələcəkdə sülhü qorumaq və Avropa müdafiəsini gücləndirmək olduğunu bildirib.

O qeyd edib ki, Ukraynada müharibə bitsə belə, Aİ-yə gələcəkdə yönələn təhdidlər davam edəcək və buna görə üzv dövlətlər müdafiə imkanlarını kritik səviyyəyə qaldırmalıdır:

“Ukraynada müharibə bitsə belə, təhlükə aradan qalxmayacaq. Üzv dövlətlər yol xəritəsi vasitəsilə NATO-nun məqsədlərinə uyğun olaraq müdafiə sektorundakı çatışmazlıqları aradan qaldıracaq”.

Yol xəritəsi çərçivəsində Aİ 2030-cu ilə qədər üzv dövlətlərin bütün müdafiə çatışmazlıqlarını aradan qaldırmağı planlaşdırır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
19
globalinfo.az

10Mənbələr