Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.