AZ

19 yaşlı futbolçu oyun zamanı öldü- FOTO

“Kayrat”ın 19 yaşlı gənc futbolçusu Dias Toleu Qazaxıstan Birinci Liqasının 25-ci turu çərçivəsində keçirilən “Xan-Tenqri” – “Ekibastuz” matçında dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, futbolçu 65-ci dəqiqədə qəflətən yerə yıxılıb. Onu xərəkdə meydançadan çıxarıblar. Oktyabrın 16-da axşam saatlarında Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti onun vəfat etdiyini açıqlayıb.

Dias Toleu 4 may 2006-cı ildə Almatıda anadan olub və “Kayrat” Akademiyasının yetirməsidir. O, 2024-cü ilin aprelində “Xan-Tengri”yə keçib. Qazaxıstan Birinci Liqasının hazırkı mövsümündə gənc cinah yarımmüdafiəçisi 18 matçda meydana çıxıb.

Futbolçu “Kayrat”ın gənclər komandasının heyətində 15 oyun keçirib, üç qol vurub, iki məhsuldar ötürmə edib.

Seçilən
21
3
azedu.az

5Mənbələr