AZ

Bütün Asiya ölkələrindən üzr istəməklə məşhurlaşan baş nazir vəfat etdi

BAKI, 17 oktyabr. TELEQRAF

Yaponiyanın keçmiş baş naziri Tomiçi Murayama 101 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Murayama 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarına qədər baş nazir vəzifəsində çalışıb, üç partiyanın - Sosialist Partiyası, Liberal Demokrat Partiyası və kiçik Yeni Sakiqake Partiyasının yaratdığı koalisiya kabinetinə rəhbərlik edib.

Murayama 1995-ci ildə dərc olunmuş bəyanatında Yaponiyanın müstəmləkəçiliyi və təcavüzündən əziyyət çəkən bütün Asiya ölkələrindən rəsmi üzr istəməsi ilə tanınır.

Seçilən
90
2
teleqraf.com

3Mənbələr