Rusiyadan Berinq boğazı vasitəsilə ABŞ-yə tunel çəkilə bilər.Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
Onun sözlərinə görə, 8 ildən az müddətdə tikilə bilən tunel 8 milyard dollardan aşağı məbləğə başa gələ bilər. "Təsəvvür edin ki, ABŞ və Rusiya, Amerika və Afro-Avrasiyanı "Putin-Tramp tuneli" adlı birliyi simvolizə edən 70 millik marşrutla birləşdirir. Bu çox mükəmməl olardı", - Dmitriev sosial mediada yazıb.
İlahə Qənbərli
Missiya.Az