AZ

Rusiyadan Amerikaya "Putin-Tramp tuneli" təklifi

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Rusiya ilə ABŞ-ı tunel vasitəsilə birləşdirməyi təklif edib.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev X sosial media platformasında Berinq boğazı üzərindən Rusiyadan Alyaskaya tunel tikmək ideyası ilə İlon Maska müraciət edib.

Dmitriev yazıb: “Təsəvvür edin ki, ABŞ ilə Rusiyanı... Putin-Tramp tuneli ilə birləşdirirsiniz".

Dmitriyevin sözlərinə görə, “The Boring Company” texnologiyasından istifadə etməklə, layihəni 8 milyard dollardan aşağı qiymətə və və səkkiz ildən az müddətdə həyata keçirmək mümkündür. Onun fikrincə, belə bir layihə Avrasiya ilə Amerika arasında texnoloji əməkdaşlığın simvoluna çevrilə bilər.

Hürr Tərcüman

Seçilən
90
1
hurriyyet.az

2Mənbələr