AZ

Naxçıvanda istehlakçılara 3,6 milyon manatdan çox ƏDV geri qaytarılıb

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Bu ilin yanvar – sentyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. Bu ilin 9 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur.

 

Seçilən
84
8
azertag.az

10Mənbələr