AZ

Deputatdan həmkarlarına: Ramiz Mehdiyevlə bağlı mövqe bildirmək zamanıdır

Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcəkdir.

“Bir neçə gün bundan öncə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddə - hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddə - cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ağır cinayətləri işləri üzrə  Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib”. 
Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə iki yüz illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super güclərləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Kamandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər”.

 Ölkə.az  xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisdə çıxışı zamanı deyib. 
Deputat bildirib ki,  Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində 1994 və 1995-ci illərdə dövlət çevrilişlərində belə Ulu öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik numayiş etdiribdir: “Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də dövlətimizin qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından kiçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir. 

Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaqdır”.
Deputat heç şübhə etmir ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcəkdir:

“Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir və bu birlik belə də davam edəcəkdir”.
Deputat çıxışının sonunda Ulu öndər Heydər Əliyevin bir fikrini təkrarlayaraq deyib: “Mövqe bildirmək zamanıdır”.
 Mürtəza

Seçilən
21
16
olke.az

10Mənbələr