AZ

Taleh Qaraşov şəhidlərin anım günündə iştirak edib - FOTOLAR

Oktyabrın 17-də Vətən müharibəsi şəhidləri Rzazadə Mirməhmmədəli Tərlan oğlunun və Məmmədzadə Qüdrət Tofiq oğlunun anım günüdür.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar və Sütəmurdov kəndlərindəki qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

Seçilən
89
7
unikal.az

10Mənbələr