Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.
Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi 3 güləşçi təmsil edəcək.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və İbrahim Yusubov (90 kq) mübarizə aparacaq.
Misirin İsgəndəriyyə şəhərində keçiriləcək yarışda sabah təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri baş tutacaq.
Oktyabrın 19-da isə qruplarda son turun qarşılaşmaları ilə yanaşı, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər baş tutacaq.
Yekunda bütün 5 mərhələdə güləşçilərin topladığı xallar cəm ediləcək və hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.