ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Newsmax”a müsahibəsində deyib ki, Rusiya-Ukrayna müharibəsi aylarla sürən danışıqlara baxmayaraq davam edir, çünki tərəflərdən heç biri hələ sülh sazişi bağlamağa hazır deyil. O, bu bəyanatla oktyabrın 17-də Zelenski ilə Tramp arasında keçiriləcək görüş ərəfəsində çıxış edib.
Xezerxeber.az xarici mediaya istinadla xəbərinə görə, Vens əlavə edib ki, Birləşmiş Ştatlar Prezidentinin enerjili diplomatiyası səmərəlidir, amma son nəticədə razılaşma əldə etmək istəyən iki tərəf olmalıdır.
"Biz bu məsələ üzərində işləməyə davam edəcəyik, lakin ruslar və ukraynalılar razılaşa biləcəkləri nöqtədə deyillər. Ruslar döyüş meydanında daha üstün olduqlarını düşünürlər və bu, son aylarda danışıqları çətinləşdirdiib”.
Kremlin sözçüsü Dmitri Peskov isə bu yaxınlarda artan gərginliyə istinad edərək Vaşinqtonun “Tomahavk” qanadlı raketlərini Kiyevə təhvil verməsi ilə bağlı narahatlığını bildirib və sülh prosesinin “dramatik mərhələyə” qədəm qoyduğunu deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Moskva avqustda ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaska sammitində ABŞ ilə müzakirə edilən konsepsiya ilə prinsipial razılığa gəlib və Vaşinqtondan cavab gözləyir. O xəbərdarlıq edib ki, “Tomahavk” raketlərinin Ukraynaya göndərilməsi “ciddi eskalasiyaya gətirib çıxara bilər”. O, eyni zamanda, NATO-nun genişlənməsi və mübahisəli ərazilərin statusu ilə bağlı danışıqlara yenidən diqqət yetirməyə çağırıb.