Bakı. Trend:
İqtisadi fəallığın operativ ölçülməsi, artım tendensiyalarınındinamik izlənilməsi və şəffaflıq səviyyəsinin davamlıqiymətləndirilməsi zərurəti getdikcə artır.
Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX)istinadən xəbər verir ki, bunu qurumun rəisi Orxan NəzərliEstoniyanın paytaxtı Tallində Avropadaxili Vergi AdministrasiyalarıTəşkilatının (IOTA) "Real vaxt iqtisadiyyatının inkişafı və vergiidarələri" mövzusunda 6-cı Beynəlxalq Konfransında "AzərbaycanRespublikasında vergi əsaslı iqtisadi fəaliyyət ölçüsünün tətbiqi"mövzusunda videoformat rejimindəki çıxışında bildirib.
O. Nəzərli DVX-nin mövcud baza məlumatlarından istifadəedilməklə iqtisadi aktivliyin ölçülməsi və iqtisadiyyatın şəffaflıqsəviyyəsinin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən layihəbarədə məlumat verib. Bildirib ki, iqtisadi fəallığın operativölçülməsi, artım tendensiyalarının dinamik izlənilməsi və şəffaflıqsəviyyəsinin davamlı qiymətləndirilməsi zərurəti getdikcə artır.Bu, idarəetmənin effektivliyinin yüksəldilməsi və əsaslandırılmışiqtisadi qərarların qəbuluna mühüm töhfə verir.
Təqdimatda layihənin əsas istiqamətləri, DVX-nin məlumatbazasından səmərəli istifadə ilə aparılan təhlillər, “Vergi əsaslıiqtisadi qiymətləndirmə” (TBEM) göstəricisinin hesablanması” və“İqtisadiyyatın ağarması vəziyyətinin qiymətləndirilməsi”mərhələləri barədə ətraflı məlumat təqdim olunub. Layihəçərçivəsində beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq mühitindəgörülən işlər, aparılan təhlillər və təkmilləşdirmə tədbirləridiqqətə çatdırılıb. Eyni zamanda, iqtisadiyyatın şəffaflaşmasındavergi sisteminin rolu, şəffaflıq səviyyəsinin mütəmadiqiymətləndirilməsinin və nəticəyönümlü idarəetmənin əhəmiyyətivurğulanıb.
Konfransın ilk günündə “Estoniyada real vaxt rejimində iqtisadiekosistemin yaradılması”, “Real vaxt iqtisadiyyatı və vergitutmaüzrə beynəlxalq perspektivlər”, “Real vaxt rejimində vergiəməletməsinə gedən yol: qabaqcıl təcrübələr və gələcəyə uyğunhəllər”, “Texnologiya və biznes perspektivləri”, “Keçid keysləri vətətbiq mexanizmləri”, “Biznesin cəlb edilməsi”, “Təkmil dataanalizi və dəyişikliklərin idarə edilməsi” və “Real vaxtiqtisadiyyatı və gəlirlərin təminatı üzrə əməli nümunələr”mövzularında sessiyalar təşkil olunub.
Konfrans çərçivəsində “Real vaxt rejimində vergi əməletməsihəlləri” adlı sərgi də təşkil edilib. Burada vergi əməletməsininyüksəldilməsinə yönəlmiş müasir yanaşmalar və təcrübələr nümayişolunur.
Konfrans müddətində vergi administrasiyalarının real vaxtiqtisadiyyatının formalaşmasında rolu, bu ekosistemə dəstək vəinkişaf perspektivləri müzakirə edilib.