AZ

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərləndi

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib.Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.

Seçilən
17
12
metbuat.az

10Mənbələr