Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Macarıstan paytaxtında görüşünün Ukraynanı fəal şəkildə dəstəkləyən avropalı siyasətçiləri qəzəbləndirəcəyini bildirib.
Busaat.az xəbər verir ki, Flippo bu barədə X-də yazıb.
“Əla iş, Viktor Orban! Mən çox qəzəbli olacaq bir neçə adam tanıyıram… Məsələn, Emmanuel Makron və Ursula fon der Leyen”.
O, əlavə edib ki, iki lider arasında görüşün Aİ ölkəsində – Macarıstanda keçirilməsi onlar üçün alçaldıcı olacaq.
Yeganə