AZ

Hərbi hissədə silahlı insident: Əsgər yoldaşlarını GÜLLƏLƏDİ

Rusiyanın Naro-Fominsk rayonunda yerləşən hərbi hissədə əsgər atəş açaraq öz hərbçi yoldaşlarına xətər yetirib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Ağır yaralanan əsgər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, yaralılardan biri anasına zəng edərək baş verənlər barədə məlumat verib, qadın isə dərhal hadisə yerinə polis və təcili tibbi yardım çağırıb.

Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr