AZ

Vuçiç: Putin və Tramp qlobal enerji bazarlarının yenidən bölüşdürülməsini müzakirə edə bilərlər

Vuçiç: Putin və Tramp qlobal enerji bazarlarının yenidən bölüşdürülməsini müzakirə edə bilərlər

Serbiya prezidenti Aleksandar Vuçiç Vladimir Putin və Donald Trampın Budapeştdə keçiriləcək görüşdə təkcə Ukraynanı deyil, həm də qlobal enerji bazarlarının yenidən bölüşdürülməsini müzakirə edə biləcəklərini deyib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Vuçiç jurnalistlərə açıqlamasında bildirib: “Deyərdim ki, bu, dünyanın gələcəyini müəyyən edəcək. Düşünürəm ki, onlar da başqa şeyləri müzakirə edəcəklər. Söhbət təkcə Ukraynadan getmir, söhbət dünyanın yeni enerji xəritəsindən gedir, iki böyük dövlətin Çinin güclü faktorunu hər zaman nəzərə alaraq onu necə bölüşdürəcəyindən gedir. Çünki Çinsiz heç nəyə ciddi ümid etmək olmaz. Avropanın aparıcı rolunu qoruyub saxlayacağına əmin deyiləm. Ən azından, mən hesab edirəm ki, dünyanın əsas oyunçularından biri olmayacaq.”

Dünən Putinlə telefon danışığından sonra Tramp tezliklə Macarıstanın paytaxtında görüşməyə razılaşdıqlarını açıqlayıb.

Seçilən
41
afn.az

1Mənbələr