AZ

Departament rəisi vəzifədən azad edilib

Departament

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.

Reyting.az
Qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.

Qeyd edək ki, Aqil Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

QSC-dən bildirilib ki, Aqil Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatıradaq ki, son aylar Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan xeyli sayda vəzifəli şəxs bir neçə ay qurumda çalışdıqdan sonra öz istəyi ilə vəzifələrindən azad olunublar.
Seçilən
156
5
reyting.az

10Mənbələr