AZ

ADSEA nümayəndə heyəti Naxçıvanda Bənəniyar su anbarına baxış keçirdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun tapşırığına əsasən Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında olub. İlham Quliyev Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib.

Baxışın məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması faktı ilə bağlı vəziyyəti yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1’ və ‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələri daxildir. Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start verilib.

Seçilən
36
14
publika.az

10Mənbələr