ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiprdə "Karmiotissa" futbol klubunun prezidenti Stavros Dimostenus küçədə güllələnib.
Moderator.az "Knews" nəşrinə istinadən xəbər verir ki, silahlı şəxs motosiklet sürərkən klub rəhbərinin avtomobilinə atəş açıb.
Hadisə yerinə gələn asayiş keşikçiləri məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün magistralın böyük hissəsini bağlayıb.
Hüquq-mühafizə orqanları hadisənin məqsədyönlü qətl olduğunu təsdiqləyib və cinayətkarların axtarışına başlayıb.
Qeyd edək ki, "Karmiotissa" ötən mövsümü Kiprin II liqasında 10-cu yerdə başa vurub. Kipr klubunun əvvəlki prezidenti rusiyalı iş adamı Dmitri Punin olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.