AZ

HAMAS vasitəçilərə atəşkəs çərçivəsində növbəti addımları atmağa çağırıb

ain.az, Apa.az saytına istinadən bildirir.

HAMAS bu gün vasitəçilərə Qəzzada atəşkəs çərçivəsində növbəti addımların atılması, o cümlədən sərhədlərin açılması, humanitar yardımın daxil olması, bərpa işlərinin başlanması, inzibati idarənin yaradılması və İsrailin geri çəkilməsinin tamamlanması üçün ona təzyiq göstərməyi xahiş edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirlir ki, növbəti addımlar İsrailin girovların meyitlərini təhvil verilməsinin gecikməsi ilə bağlı ittihamları səbəbindən ləngiyir.

İsrail Qəzzanın Rafah sərhəd keçidinin Misirlə açılmasına hazırlaşdığını bildirib, lakin konkret tarix açıqlamayıb. Bu arada atəşkəs pozuntularına görə qarşılıqlı ittihamlar davam edir.

Tramp planın digər həll olunmamış məsələləri arasında HAMAS üzvlərinin tərkisilahı və Qəzzanın gələcək idarəçiliyi yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
apa.az

3Mənbələr