Sterlitamakdakı “Avangard” kimya zavodunda partlayışbaş verib.
Rusiyanın Sterlitamak şəhərində yerləşən “Avangard” kimya zavodunda partlayış baş verib. İlkin məlumatlara görə, partlayış zavodun üçüncü sexində baş verib.
Hadisə nəticəsində bir neçə işçi xəsarət alıb, onların vəziyyəti barədə hələ dəqiqləşdirilmiş məlumat yoxdur. Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub, zavodun ərazisi mühasirəyə alınıb.
Hazırda mütəxəssislər partlayışın səbəbini araşdırır və təhlükəsizlik tədbirləri gücləndirilib.