AZ

ANAMA əməkdaşı olan digər qardaş da dünyasını dəyişdi - Foto

Beyləqanda baş verən avtomobil qəzasında xəsarət alan ANAMA-nın əməkdaşı olan iki qardaşın digəri də xəstəxanada ölüb.

News24.az oktyabrın 13-də Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən avtomobil qəzasında ağır xəsarət alan üç nəfərdən biri - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu Bakıda müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sözügedən qəza nəticəsində xəsarət alan Ü.Həşimovun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov hadisədən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. (Unikal.az)


Seçilən
160
5
news24.az

6Mənbələr