AZ

Füzuli Şəhəri Günü münasibətilə qala konsert təşkil edilib - FOTOLAR

Füzuli Şəhəri Günü münasibətilə keçirilən tədbirlərin davamı olaraq konsert proqramı təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərkəzi parkda təşkil edilən qala konsertdə incəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. Həmçinin rəqqasların çıxışları izlənilib. Yeniyetmə idmançılar meydanda məharətlərini göstəriblər.

İki ildir ki, doğma sakinlərinə qucaq açan Füzulidə növbəti dəfə Füzuli Şəhəri Günü sakinlərin iştirakı ilə keçirilir. Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

Seçilən
10
3
operativmm.az

4Mənbələr