“Barselona” klubu 18 yaşlı hücumçusu Lamin Yamalın futboldan kənar həyat tərzi ilə bağlı narahatlıq keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Manu Karrenyo “El Larguero” proqramında məlumat verib.
“Laminin gündəlik həyatına dair müəyyən narahatlıqlar var. Bu, panikaya səbəb deyil, amma son aylarda futbolçuda baş verən bəzi hallar klubun xoşuna gəlmir. ‘Barselona’ oyunçunun davranış və həyat tərzindən razı deyil”, – deyə Karrenyo bildirib.
Qeyd olunur ki, ötən yay Lamin Yamal öz 18 yaşı münasibətilə təşkil etdiyi mərasimdə qonaqları əyləndirmək üçün cücə boylu insanları işə götürməkdə ittiham olunmuşdu.
Həmçinin bildirilib ki, hücumçu “PSJ” ilə oyundan əvvəl yığıncağa gecikib. “Barselona”nın idman direktoru Dek baş məşqçi Hans-Diter Fliki futbolçunu start heyətindən çıxarmamağa inandırmalı olub.