AZ

"Verstappen 2021-ci ili təkrarlaya bilər"

44 yaşlı ikiqat Formula-1 çempionu Fernando Alonso (“Aston Martin”) bildirib ki, dördqat dünya çempionu Maks Verstappen (“Red Bull”) 2025-ci ildə 2021-ci ildəki uğurunu təkrarlaya bilər və ilk çempionluğunu əldə etdiyi mövsümü yenidən yaşaya bilər.

90deqiqe.Az xəbər verir ki, "RaceFans" Alonsonun dediklərini belə çatdırıb.

“Daha əvvəl də demişdim, düşünürəm ki, iki “Meklaren”in kifayət qədər üstünlüyü var ki, bir-biri ilə çempionluq uğrunda mübarizə aparsın. Amma Maks 2021-ci ildə gördüyümüzü təkrarlaya bilər — o vaxt maşın “Mercedes”dən bir az zəif idi, amma o, yenə də Abu-Dabidə çempionluğu qazandı. Həftəsonlarına diqqətlə yanaşmaq lazımdır. İlkin mərhələdə bunu etmirsiniz deyə demirəm, amma sezon uzun olur, yüksəliş və enişlərdən keçə bilərsiniz.

İlin sonuna yaxın isə artıq səhvə yer yoxdur, xüsusilə liderlərin arxasınca gedirsinizsə, bu, gərginliyi artırır. Əgər çempionatda kiçik üstünlüklə liderlik edirsinizsə, onu itirmək istəmirsiniz. Həftəsonları burada fərqli bir atmosfer var, amma bu, qalmaq istədiyiniz əla bir yerdir"

Seçilən
68
90deqiqe.az

1Mənbələr