525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Çin Pakistan və Əfqanıstanın müvəqqəti atəşkəs tətbiq etmək və konstruktiv dialoq vasitəsilə həll yolu axtarmaq qərarını alqışlayır. Bu, hər iki tərəfin ümumi maraqlarına uyğundur və regionda sülh və sabitliyin qorunmasına töhfə verir”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib. Əlavə edib ki, Pekin bu səyləri dəstəkləyir.
“Pakistan və Əfqanıstan qonşu ölkələrdir və Çinin dostlarıdır. Biz iki ölkəni soyuqqanlı olmağa, təmkinli davranmağa, hərtərəfli və davamlı atəşkəsə nail olmaq üçün fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çağırırıq”, - XİN rəsmisi deyib.
Onun sözlərinə görə, Çin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında konstruktiv rol oynamağa davam etmək niyyətindədir.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.