Bizim media saytına istinadən ain.az xəbər verir.
İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyatında bəzi simaların analiz nəticələri açıqlanıb.Bizim.Media YeniŞafak-a istinadən xəbər verir ki, narkotik istintaqı çərçivəsində bir sıra tanınmış şəxslərin qan və saç analizlərinin nəticələri müəyyən edilib.Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qanında narkotik maddə aşkarlanıb.Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salidə isə dərman tərkibli maddələrə rast gəlinib.Qanında heç bir maddəyə rast gəlinməyən məşhurlar Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Ceren Moray, Hadise və Özge Özpirinçcidir.Hazırda istintaq davam edir və digər hüquqi prosedurların aparılması gözlənilir.
Sara, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.