AZ

Qanında narkotik aşkarlanan Dilan Polat ağlayıb and aman elədi

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nəticələri açıqlanan 8 məşhur arasında yer alan Dilan Polat, nəticələri qəbul etmədiyini bildirərək sosial mediada göz yaşları içində paylaşım etdi.

Milli.Az xəbər verir ki, Polat yayımladığı videoda iddialara sərt reaksiya verib: "Mənim qanımda və saçımda çıxacaq yeganə şey yaşıl reseptli dərmanlardır. Saçım götürüləndə dəfələrlə dedim ki, bu dərmanları içirəm. Mən həyatımda narkotik görməmişəm." - deyə o, göz yaşları ilə bildirib.

Polat sözlərinə belə davam edib: "And içirəm, gəncliyimin xeyrini görməyim. Uşaqlarımın, dünyadan köçmüş anamın, atamın başına and içirəm. Mən bir anayam, mənim uşağım var. Yazıqdırlar, belə etməyin. Nə olar, üzərimə gəlməyin."Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
news.milli.az

5Mənbələr