İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istifadəsi ilə bağlı istintaq çərçivəsində alınan qan və saç nümunələrinin nəticələri açıqlanıb. Məlum olub ki, 8 tanınmış şəxsdə narkotik maddə izləri aşkarlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aşağıdakı adlarda test nəticələri pozitiv olub:
Dilan Polat
Derin Talu
Deren Talu
Berrak Tüzünataç
Birce Akalay
Kubilay Aka
Metin Abdülger
Kaan Yıldırım
Məlumata əsasən, Dilan Polat, Derin Talu, Deren Talu, Berrak Tüzünataç və Birce Akalayın saç nümunələrində kokain, Kubilay Aka, Metin Abdülger və Kaan Yıldırımda isə kannabis (kenevir) tərkibli maddələr aşkarlanıb.
8 oktyabr tarixində Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosu tərəfindən bir çox tanınmış şəxs ifadə vermək üçün jandarma tərəfindən məhkəməyə çağırılmış, onlardan qan və saç nümunələri götürülmüşdü. İfadə verən 18 məşhur nəzarət şərti ilə sərbəst buraxılmışdı.
Testləri təmiz çıxan məşhurlar
Demet Evgar
Meriç Aral
Ceren Monay
Hadise Açıkgöz
Özge Özpirinçci
Duygu Özaslan
Bundan əlavə Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salinin analizlərində isə yalnız yaşıl reseptlə satılan, tərkibində narkotik maddə olan dərmanlara rast gəlinib, lakin istifadənin tibbi məqsədli olduğu qeyd edilib.